Keçən ay yeni “Hvasonq-17” tipli qitələrarası ballistik raketi sınaqdan keçirərək bu il keçirdiyi silah sınaqlarının sayını 11-ə yüksəldən Şimali Koreyanın raket proqramına qarşı ABŞ-dan yeni addım atılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Şimali Koreya ilə əlaqəli 5 təşkilata əlavə sanksiya tətbiq etmək qərarına gələn ABŞ Maliyyə Nazirliyi, silah sınaqlarının davam edəcəyi təqdirdə sanksiyaların artacağını açıqlayıb. ABŞ-ın maliyyə naziri Janet Yellen, Pyonyanqın son silah sınaqlarına cavabını təkrarlayaraq “Şimali Koreyanın təxribat xarakterli ballistik raket sınaqları regional və qlobal təhlükəsizliyə açıq təhdiddir və BMT Təhlükəsizlik Şurasının qətnamələrini açıq şəkildə pozur” deyib.
Şimali Koreyanın silah inkişaf etdirmə səylərini davam etdirəcəyi təqdirdə ABŞ-ın sanksiya gücündən istifadə etməyə davam edəcəyini vurğulayan Yellen, ölkəsinin Pyonyanqın təhdid hərəkətlərinə qarşı Yaponiya ilə birlikdə çalışacağını da bildirib.
Ləman Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB