Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 17 800 hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 143 təyyarə, 134 helikopter, 631 tank, 1 776 zirehli döyüş maşını, 317 artilleriya qurğusu, 54 hava hücumundan müdafiə sistemi, 96 reaktiv yaylım atəş sistemi, 1236 avtomobil texnikası, 7 gәmisi, 76 yanacaq çәni vә 87 pilotsuz uçuş aparatı məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə