Türkiyə vә İsrail prezidentlәri arasında telefon danışığı olub

Türkiyə vә İsrail prezidentlәri arasında telefon danışığı olub

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan vә İsrail prezidenti Yitzak Hersoq arasında telefon danışığı olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, bu barәdә Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumata görә, liderlәr Türkiyə ilә İsrail arasındakı münasibәtlәr vә regional mövzuları müzakirә ediblәr.

Prezident Ərdoğan görüşdə İsrail prezidenti Hersoqun Türkiyəyə səfəri ilə ikitərəfli əlaqələrdə əldə olunan irәlilәyişi davam etdirmək istədiklərini ifadә edib.

Son günlərdə İsrailin müxtəlif şəhərlərində baş verən dəhşətli terror aktlarını pisləyən Rәcәb Tayyib Ərdoğan həyatını itirənlər ilә әlaqәdar başsağlığı verib, yaralananlara şəfa diləyib.

Prezident Rəcəb Tayyib Ərdoğan İsrail və Fələstinin verdiyi açıqlamaları yüksәk qiymәtlәndirdiklәrini ifadә edib.

Ramazan ayında fələstinlilərin Әqsa mәscidinә və ya İsrailə daxil olmalarına mane olmamağın әhәmiyyәtini dilә gәtirәn Rәcәb Tayyib Ərdoğan Ramazan ayının son 10 günündə də Әqsa mәscidinin 24 saat ibadət üçün açıq olması məsələsində İsrail səlahiyyətlilərindən həssaslıqlarını davam etdirmələrini gözlədiyini vurğulayıb.

Ramazan ayının və Pesax bayramının sülh və əmin-amanlıq içində keçməsini arzulayan prezident Rəcəb Tayyib Ərdoğan İsrail prezidenti Hersoq və bütün yəhudiləri Pesax bayramı münasibətilə təbrik edib.

İsrail prezidenti Hersoq da Ramazan ayının başlaması münasibətilə prezident Rәcәb Tayyib Ərdoğanı tәbrik edib.

Bütün xəbərlər Facebook səhifəmizdə