Hər 13 nəfərdən biri virusa yoluxur - İNGİLTƏRƏDƏ

Hər 13 nəfərdən biri virusa yoluxur - İNGİLTƏRƏDƏ

İngiltərədə hər 13 nəfərdən birinin koronavirusa yoluxduğu açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən həftə 4,3 milyon olan yoluxma sayı bu həftə 4,9 milyona yüksəldi. Bu, 2020-ci ilin aprelində statistikanın başlamasından bəri ən yüksək rəqəmdir.

Böyük Britaniyanın Milli Statistika İnstitutu minlərlə ev təsərrüfatını müntəzəm olaraq təsadüfi sınaqdan keçirərək ölkədəki halların sayını hesablayır.

Ölkədə istənilən şəxsə pulsuz sürətli antigen testlərinin paylanması siyasəti bu gündən başa çatıb.

Covid-19-a yoluxmuş insanlara karantin tələbi qaldırılarkən beş gün evdə təcrid edilmələri tövsiyə olunur. 18 yaşdan kiçiklər üçün üç gün tövsiyə olunur.

Hər kəsin ölkə daxilində üçüncü doza peyvəndi almaq hüququ var. 75 yaşdan yuxarı insanlar və immun sistemində problem olanlar da peyvəndin dördüncü dozasını ala bilərlər.

Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə