Yaponiyanın xarici işlər naziri Polşaya səfər edib

Yaponiyanın xarici işlər naziri Polşaya səfər edib

Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi Polşaya səfər edib. SİA xəbər verir ki, Yaponiya XİN başçısının səfəri aprelin 5-dək davam edəcək.

Yosimasa Hayasi Polşa hökumətinin yüksək rütbəli nümayəndələri ilə danışıqlar aparacaq və ukraynalı qaçqınlarla bağlı vəziyyəti qiymətləndirəcək.

Yaponiya mətbuatının yazdığına görə, o, səfərinin sonunda Ukraynadan olan 30-a yaxın qaçqını hökumət təyyarəsi ilə ölkəsinə gətirmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə