Rusiyanın “rambler” saytının yazdığına görə, Ukrayna prezidenti Vladimir Zelenski “Fox News”a müsahibəsində Çini ölkəsinin yanında görmək istədiyini bildirib. SİA bu barədə rus saytlna istinad edir.
“Çinin bizim tərəfimizdə olmasını istərdim. Amma seçim onlarındır. Düşünürəm ki, ABŞ və Çin arasında birbaşa əlaqə olmadan dünyanın ehtiyac duyduğu nəticəni əldə etmək mümkün olmayacaq”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, bir müddət bundan əvvəl Çin prezidenti Si Tsinpin Ukraynada vəziyyətin belə bir vəziyyətə düşməsindən təəssüfləndiyini bildirmişdi. Onun sözlərinə görə, böhrana bütün dünya ölkələrini cəlb etmək mümkün deyil. Bununla yanaşı, Pekinin özü də beynəlxalq aləmdə nüfuzunun vacibliyini nəzərə almaq niyyətindədir.
Si Cinpinin fikrincə, Ukrayna ətrafında böhranın səbəbi Avropada uzun müddətdir yığılan regional təhlükəsizlik sahəsində ziddiyyətlərdədir.
Problemin kökünü həll etmək bütün iştirakçı tərəflərin qanuni təhlükəsizlik narahatlıqlarının nəzərə alınmasını tələb edir. Çin prezidenti hesab edir ki, dünya iqtisadiyyatının Ukrayna böhranının nəticələrindən çıxması illər, hətta onilliklər çəkə bilər.
Çin rəhbəri beynəlxalq ictimaiyyəti Moskva ilə Kiyev arasında danışıqlar prosesini dəstəkləməyə, “oduna yağ tökməməyə” çağırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB