Hondurasın Baş Prokurorluğu ölkənin narkotik qaçaqmalçılığında iştirakda ittiham olunaraq ABŞ-a ekstradisiyası ediləcək eks-prezident Xuan Orlando Ernandezin əmlakının müsadirə edilməsi barədə qərar verdiyini bildirib. SİA bu barədə rus mətbuatına istinad edir.
Hondurasın keçmiş prezidentinin ailəsi ilə əlaqəli əmlakla yanaşı, daşınmaz əmlak, kommersiya şirkətləri və maliyyə vəsaitləri də qeyri-qanuni mənşəli aktivlərə sahiblik hüququndan məhrum edilmək üçün müsadirə edilib.
Qərara əsasən azı 33 mülk, 8 şirkət və 16 nəqliyyat vasitəsi müsadirə olunub.
Bundan əvvəl Honduras məhkəməsi keçmiş prezident Xuan Orlando Hernandezin ABŞ-a ekstradisiyasını təsdiqləyib. İş üzrə dinləmə 10 saatdan çox davam edib.
Məhkəmə Hernandes fevralın 15-də ölkənin paytaxtı Tequsiqalpada saxlanıldıqdan sonra başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB