ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir

ABŞ-ın Maliyyə Nazirliyi Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyalar siyahısına beş təşkilatı əlavə etməklə onu genişləndirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə nazirliyin saytında yayılmış məlumatda deyilir.

Amerikanın sanksiyaları xüsusilə KXDR-in Raket Sənayesi Nazirliyinə təsir edəcək. Bəyanatda deyilir ki, hazırda ABŞ maliyyə institutlarının nümayəndələrinə bu agentliklə əməliyyatlar aparmaq qadağandır. Siyahıya KXDR-in dörd ticarət korporasiyası da daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə