Ukrayna prezidenti Vladimir Zelenski Mariupoldakı yaralı və ölən hərbçilərin, eləcə də mülki şəxslərin çıxarılmasında Türkiyənin köməyinə ümid edir.
SİA-nın “UNİAN”-dan əldə etdiyi məlumata görə, bu barədə prezident aparatı axşam saatlarında videomüraciət yayıb.
“Günortadan sonra mən Fransa Respublikasının Prezidenti Emanuel Makronla Ukraynanın ruslar tərəfindən atəşə tutulan şəhərlərindəki humanitar vəziyyətlə bağlı danışdım. Biz Mariupoldakı vəziyyət haqqında ayrıca danışdıq, hələ də ümid edirəm ki, bunun həlli yolları olacaq. Avropanın bizim Mariupolumuzun başına gələnlərə səssizcə cavab verməyə haqqı yoxdur. Bütün dünya bu humanitar fəlakətə cavab verməlidir”, - deyə Zelenski bildirib.
O xatırladıb ki, xüsusilə, bu gün 3071 Mariupol sakini humanitar dəhlizlə çıxarılıb.
"Hərbçilərimizin və ölənlərin şəhərdən çıxarılması ilə bağlı ayrı-ayrılıqda razılaşırıq. Bu barədə Türkiyə ilə vasitəçi kimi danışırıq. Ümid edirəm ki, yaxın vaxtlarda təfərrüatları çatdıra biləcəyəm"-deyə Ukrayna prezidenti bildirib.
Yeri gəlmişkən, bu gün Mariupolda 5 minə yaxın, o cümlədən 210-yə yaxın uşağın öldüyü bildirilir. Şəhərdə fərdi və çoxmərtəbəli yaşayış binaları, infrastruktur obyektləri bombalanıb. Həmçinin şəhərdə iki zavod, liman və hərbi hissəyə ziyan dəyib. Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, dünya Mariupola kömək etmək üçün heç nə etməsə, bu, “kollektiv günah” olacaq.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB