Büdcəli macar aviaşirkət olan “Wizz Air” müvəqqəti olaraq Rusiyaya uçmayacaq. Bu barədə aviaşirkətin saytında məlumat verilir.
SİA bu barədə “rosbalt” saytına istinad edir.
Açıqlamada qeyd olunub ki, “Wizz Air”in Rusiyaya və Rusiyadan bütün uçuşları əməliyyat səbəblərinə görə növbəti bildirişə qədər dayandırılıb.
“Bütün yay mövsümü üçün (30 oktyabra qədər) Rusiyaya və Rusiyadan bütün uçuşlar ləğv edilib. Aviabiletlər bronlaşdırma sistemindən çıxarılıb”, - məlumatda deyilir.
Bundan əlavə, aviaşirkət Ukraynaya və Ukraynadan uçuşları dayandırıb. Kişinyova və oradan reyslər Rumıniyanın Yassı Beynəlxalq Hava Limanına köçürülüb.
Xatırladaq ki, fevralın 27-də Aİ Rusiya təyyarələri üçün hava məkanını bağlamışdı. Buna cavab olaraq Rusiya öz hava məkanını 36 ştatın aviadaşıyıcıları üçün bağlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB