“Belarus ərazisindən Ukrayna şəhərlərinə ən azı 20 raket atılıb”.
Qeyd edək ki, bu barədə məlumatı Telegram Belarus Gayun verib: “Bu gecə bizim monitorinq qrupumuz Belarusun Mozır və Xoyniki vilayətlərində çoxlu sayda raket buraxılışını qeydə alıb. Onlarla etibarlı mənbə buraxılışlar barədə məlumatı təsdiqləyə bilər”.
Aprelin 2-si saat 00:00-a olan məlumata görə, son iki saatda fəallar tərəfindən hələ ki, heç bir buraxılış qeydə alınmayıb.
SİA bu barədə “UNİAN” saytına istinad edir.
Fəalların fikrincə, Ukrayna taktiki raket sistemləri ilə hədəfə alınır. 11 atış Xoyniki rayonu ərazisindən, 34-ü isə Mozır bölgəsindən qeydə alınıb.
Raket zərbələrinin intensivliyi Rusiya Silahlı Qüvvələri bölmələrinin çıxarılması üçün örtüklə əlaqəli ola bilər.
Gün ərzində belaruslar Rusiya texnikasının, xüsusən də Polşa ilə sərhədə və Minskdən Slutska doğru böyük bir kolonnasına hərəkətini qeyd etdilər.
Hesabatda bildirilir ki, bu son hərəkətlər Belqoroda atılan raket zərbələri ilə bağlı ola bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB