Cәnubi Koreyada iki tәlim tәyyarәsinin toqquşması nәticәsindә üç pilot hәyatını itirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә ‘‘Yonhap’’ xәbәr agentliyi mәlumat yayıb. Sәlahiyyәtlilәr qәzanın paytaxt Seulun cәnubundakı Sacheon şәhәrindә baş verdiyini açıqlayıb.
Tıqquşmadan sonra tәyyarәlәrin düyü tarlasına düşdüyü bildirilib.
Qәza nәticәsindә 3 pilot ölüb, bir nәfәr yaralanıb, onun vәziyyәti ağır alaraq qiymәtlәndirilir.
Hadisә yerinә 30-dan çox tәcili müdaxilә dәstәlәri vә yanğınsöndürәnlәr göndәrilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB