“Mən fərziyyələrə girməyəcəyəm...”

“Mən fərziyyələrə girməyəcəyəm...”

Ağ Evin mətbuat katibi Cen Psaki növbəti brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya mümkün zərbələri ilə bağlı sualı cavablandırıb.

SİA bu barədə “ lenta.ru” saytına istinad edir.

Qeyd edək ki, brifinq zamanı ondan Ukraynanın Rusiya ərazisinə gələcək potensial hücumları ilə bağlı ABŞ-ın mövqeyinin necə olacağı soruşulub.

Maraqlıdır ki, Psaki Ukrayna Silahlı Qüvvələrinin Rusiyaya endirdiyi zərbələrlə bağlı suala “Mən fərziyyələrə girməyəcəyəm” sözləri ilə cavab verib.

Onu da qeyd edək ki, amerikalı səlahiyyətli xanım Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun Ukrayna Silahlı Qüvvələrinin Belqoroddakı neft anbarına endirdiyi aviazərbənin “danışıqların davam etdirilməsi üçün rahat şərait” yaratmaması ilə bağlı sözlərinə də münasibət bildirib. Belə ki, o məlum hesabatları gördüyünü etiraf etsə də, amma Kremlin bəyanatlarına şərh etmək iqtidarında olmadığını da gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə