"Türkiyə prezidentlərin görüşünə köməklik göstərsə minnətdar olaraq"

"Türkiyə prezidentlərin görüşünə köməklik göstərsə minnətdar olaraq"

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Türkiyə Rusiya və Ukrayna prezidentlərinin görüşünə köməklik göstərə bilsə minnətdar olacaqlarını bildirib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Kuleba martın 30-da İstanbulda keçirilən danışıqlardan sonra Ukrayna prezidenti Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putinin gözlənilən görüşü üçün Türkiyəyə işarə edib.

Nazir Kuleba “Türkiyə Rusiya və Ukrayna liderləri arasında danışıqların təşkilinə kömək etsə, ona minnətdar olarıq” deyib.

Kuleba bəyan edib ki, Ukrayna da İstanbulda keçirilən danışıqlarda təqdim olunan təkliflərə Rusiyanın rəsmi cavabını gözləyir.

Kuleba Rusiyanın Belqorod şəhərindəki neft anbarına hücumda Ukraynanın əli olduğu iddiasına da toxunub:

“Ukraynanın bu işə qarışması ilə bağlı iddianı nə təsdiq, nə də təkzib edə bilərəm, çünki bütün hərbi məlumatlara malik deyiləm".

Bütün xəbərlər Facebook səhifəmizdə