Aİ ilə Çin arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı zirvə toplantısı
Avropa İttifaqı (Aİ) ilə Çin arasında Rusiya-Ukrayna müharibəsi ilə bağlı zirvə toplantısı keçiriləcək.
SİA-nın əldə etdiyi məlumata görə, İki tərəf arasında olacaq 23-cü sammitdə Avropa Şurasının sədri Çarlz Mişel Aİ Komissiyasının sədri Ursula fon der Leyen, Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Cozep Borrell, Çinin baş naziri Li Kiqianz və Çinin dövlət başçısı Si Cinpinlə görüşəcək.
Sammitin əsas gündəliyi Ukraynada müharibəyə son qoymaq üçün əməkdaşlıq yollarını müzakirə etməkdir. Ən böyük ticarət tərəfdaşı olan Aİ-nin təhlükəsizliyini birbaşa təhdid edən müharibəni dayandırmaq üçün Rusiya ilə münasibətlərlə bağlı Çin vasitəsilə mesaj göndərilməsi gözlənilir.
Tərəflər müharibənin vurduğu qlobal iqtisadi ziyanı da müzakirə edəcəklər. Bundan əlavə, Çin və Avropa İttifaqı arasındakı əlaqələrdə Aİ şirkətləri Çində, Çin şirkətləri isə Aİ-də təqdim olunan imkanlardan faydalanacaq və beləliklə, ticarətdə tarazlığa nail olacaqlar.
Dövlət başçıları həmçinin ikitərəfli münasibətlərin vəziyyəti, iqlim dəyişikliyi, biomüxtəliflik və tibb sahələrində də əməkdaşlığı qiymətləndirəcəklər.
Aİ-nin həmçinin Aİ - Çin insan hüquqları dialoqunun bərpasına çağıracaq.
Videokonfrans vasitəsilə keçiriləcək sammitdə birgə sənədlər qəbul edilməyəcək.
Xatırladaq ki, əvvəlki Aİ-Çin sammiti 22 iyun 2020-ci ildə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB