Rusiya lazımi pariteti qoruyub saxlayaraq Qərb sərhədlərini elə möhkəmləndirəcək ki, “bizə hücum etmək heç kimin ağlına belə gəlməyəcək”. Bizlərdə loru dildə buna...yəni “quş da səkə bilməyəcək” deyirlər.
Deməli, SİA-nın da əldə etdiyi məlumata görə, “RİA Novosti xəbər verir ki, bunu Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
Qeyd edək ki, ötən gün “Belarus-1” telekanalına müsahibə verən Kremlin sözçüsü Rusiyanın müdafiə naziri Sergey Şoyqunun ölkənin Qərb sərhədlərində hərbi potensialın gücləndirilməsi barədə prezident Vladimir Putinə məruzə etdiyini bildirib.
Peskov onu da bəyan edib ki, “...Qərb sərhədlərində hərbi potensialımızı artırmaq və gücləndirmək üçün cavab planı hazırlamaq”... indi hərbi idarəmizin ən ümdə işi bunun üzərində işləyib başa çatdırmaqdır
Hər şeyin lazımi pariteti qoruyacaq şəkildə ediləcəyini bir daha xatırladan Dmitri Peskov onu da deyib ki, guya Rusiya sərhədləri elə qurulacaq ki, “...Rusiyaya hücum etməyi heç bir dövlət ağlından belə keçirməyəcək”.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB