Avstraliya Ukraynaya zirehli texnika göndərəcək

Avstraliya Ukraynaya zirehli texnika göndərəcək

Avstraliyanın Baş naziri Skott Morrison Ukrayna prezidenti Volodimir Zelenskinin Rusiyaya qarşı müharibədə istifadə etmək üçün tələb etdiyi zirehli texnikanı göndərəcəklərini açıqlayıb.

SİA-nın əldə etdiyi məlumata görə, Baş nazir Morrison prezident Zelenskinin martın 31-də telekonfrans vasitəsilə Avstraliya parlamentindəki çıxışında tələb etdiyi Avstraliya istehsalı "Bushmaster" adlı zirehli hərbi texnikanın göndərilməsi ilə bağlı bəyanat verib.

Prezident Zelenskinin tələbini yerinə yetirəcəklərini qeyd edən Morrison hərbi hissələrin daşınması üçün istifadə edilən Avstraliya istehsalı olan zirehli "Bushmaster" maşınlarının Ukraynaya hava yolu ilə göndəriləcəyini bildirib.

Ancaq neçə "Bushmaster" maşınının göndəriləcəyini və hansı Avropa ölkəsinə nə vaxt enəcəklərini açıqlamayan Morrison deyib ki, biz təkcə dualarımızı göndərmirik, silahlarımızı, sursatlarımızı, humanitar yardımlarımızı, zirehli texnikamızı, bunların hamısını göndəririk.

Bütün xəbərlər Facebook səhifəmizdə