BMT Ukraynada dinc sakinlərin həyatını itirməsilə bağlı bəyanat yayıb

BMT Ukraynada dinc sakinlərin həyatını itirməsilə bağlı bəyanat yayıb

Rusiya-Ukrayna müharibəsi zamanı Ukraynada ən azı 1276 dinc sakin həyatını itirib, 1981 mülki şəxs yaralanıb, hücumlardan sonra 4 milyon 102 min 876 qaçqın qonşu ölkələrə köçüb.

SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) verdiyi açıqlamada Ukraynadakı qaçqın böhranı ilə bağlı müxtəlif mənbələrdən əldə edilən məlumatlar paylaşılıb.

Açıqlamada yarısından çoxu Polşaya gedən Ukraynadan 4 milyon 102 min 876 qaçqının 24 fevral-31 mart tarixləri arasında qonşu ölkələrə keçdiyi bildirilib.

Qonşu ölkələr arasında Polşaya (2 milyon 384 min 814), Rumıniyaya (623 min 627), Moldovaya (390 min 187), Macarıstana (374 min 535) və Slovakiyaya (292 min 39) qaçqının keçdiyi olduğu ifadə edilən açıqlamada Donetsk və Luqansk bölgələrindən 21-23 fevral tarixlərində 113 min insanın Rusiyaya keçdiyi qeyd edilib.

Digər tərəfdən, BMT-yə bağlı Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) Ukrayna daxilində də 6,5 milyon dinc sakinin didərgin düşdüyünü və beləliklə, qaçqınlarla qonşu ölkələrə köçmüş ukraynalıların ümumi sayının 10 milyona çatdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə