Ruslar əllərinə keçən nə varsa, hamısını aparıblar...

Ruslar əllərinə keçən nə varsa, hamısını aparıblar...

Ukrayna saytlarının yazdığına görə, Çernobıl Atom Elektrik Stansiyası ərazisini tərk edən rusiyalı əsgərlər “dişəcəkəli nə varsa” hamısını yeməkdən əlavə, həm də stansiya işçilərinə məxsus kompüterlərlə birgə stəkan çayniklərini də “çlrpışdırıb” aparıblar. SİA “UNİAN”saytına istinad edir.

“... Rus əskərləri özləri ilə çox şey aparıblar”.

Bunu Ukraynanın İstisna zonasının idarə olunması üzrə Dövlət Agentliyinin rəhbəri Yevgeni Kramarenko informasiya marafonunun efirində bildirib,

Onun sözlərinə görə, Ukrayna tərəfinin bildiyi qədər, opponentlər Çernobıl Atom Elektrik Stansiyasının ərazisində özlərindən heç nə qoymayıblar.

Kramarenko əlavə edib ki, ruslar orada olduqları ərəfədə AES işçilərinə iş yerlərini tərk etməyi qadağan ediblərmiş.

O əlavə edib ki, hazırda Çernobıl Atom Elektrik Stansiyasının ərazisində qalan yerli işçilər çox ehtiyatla hərəkət ediblər və oradan kənara çıxmaqdan qorxurlar, çünki rusların ərazini tərk edərkən qoya biləcəkləri partlayıcı qurğulardan ehtiyatlanırlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə