Rusların 900 milyon avro dəyərində əmlakına həbs

Rusların 900 milyon avro dəyərində əmlakına həbs

Avropa sanksiyalarına məruz qalan Rusiya vətəndaşlarının İtaliyadakı 900 milyon avro dəyərində əmlakı müsadirə edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bunu ölkənin xarici işlər naziri Luici Di Mayo Bild qəzetinin saytında dərc olunan müsahibəsində deyib.

“Biz sanksiyalar və beləliklə, sanksiyalara məruz qalan insanların əmlakının müsadirəsi ilə bağlı beynəlxalq öhdəliklərə ciddi şəkildə əməl edirik.İndiyə qədər ümumi məbləğ 900 milyon avro təşkil edib. Biz tez və ardıcıl hərəkət etdik və bunu gələcəkdə də davam etdirəcəyik”, – deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə