Yaponiyadan Rusiyaya qarşı növbəti sanksiya

Yaponiyadan Rusiyaya qarşı növbəti sanksiya

Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, Yaponiya BMT Təhlükəsizlik Şurasının Şimali Koreya ilə bağlı qətnamələrini pozduqları üçün Rusiyadan olan dörd şirkət və üç şəxsə qarşı sanksiyalar tətbiq edir. SİA bu barədə “ria.ru”saytına istinad edir.

Yaponiya KXDR-ə qarşı sanksiya rejimini pozduqlarına görə, “Apollon MMC”, “Parsek MMC”, “RK Briz”, “Zil-M MMC” şirkətləri və həmçinin Aleksandr Çasovnikov, Aleksandr Qaevoy və Roman Alar qarşı sanksiyalar tətbiq edilir.

Bu təşkilatların və şəxslərin kapitalları dondurulacaq.

Ağasəf

Bütün xəbərlər Facebook səhifəmizdə