Senatorlar Rusiyanı daha bir təşkilatdan çıxarılmasını istəyir

Senatorlar Rusiyanı daha bir təşkilatdan çıxarılmasını istəyir

ABŞ senatorlarından ibarət ikipartiyalı qrup dövlət katibi Entoni Blinkenə məktub göndəriblər.

SİA-nın əldə etdiyi məlumata görə, onlar Ukrayna hadisələri ilə əlaqədar Rusiyanı Amerika Dövlətləri Təşkilatındakı daimi müşahidəçi statusundan məhrum etməyə çağırıblar.

Florida ştatından respublikaçı senator Marko Rubionun öz saytında dərc etdiyi sənədə əsasən Rusiyanın aqressiv hərəkətlər təcrübəsi Qərb yarımkürəsində sülhü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış insan haqlarını təşviq etməyə çalışan bir təşkilat olaraq Amerika Dövlətləri Təşkilatının prinsipləri və siyasətləri ilə uyğun gəlmir.

Bütün xəbərlər Facebook səhifəmizdə