Belçika ümid edir ki, Rusiya Brüsselin 21 rusiyalı diplomat və texniki işçini krallıqdan qovmaq qərarına cavab olaraq Belçikanın Rusiyada qalıb fəaliyyət göstərən diplomatlarının hamısını ölkədən çıxarmayacaq.
TASS-ın məlumatına görə, Belçikanın xarici işlər naziri Sofi Vilmes Belçikanın Moskvadakı səfirliyinin işini davam etdirməsinə icazə veriləcəyinə ümid etdiyini bildirib. SİA bu barədə “rambler”saytına istinad edir.
“Biz bu addımı atmağa məcbur olduq. Təbii ki, bunun nəticələrinin olacağını da başa düşürük. Bununla belə, Rusiya Belçikadakı səfirliyinin işinə tam dəstək vermək imkanını hələ ki, saxlayır. Ümid edirəm ki, Belçika səfirliyi də Rusiyada öz işini davam etdirə biləcək”, -deyə Vilmes bildirib.
Qeyd edək ki, bundan əvvəl Belçika Ukraynada Rusiyanın həyata keçirdiyi əməliyyatla bağlı “təhlükəsizliyə təhlükə yaradan” 21 rusiyalı diplomatı ölkədən çıxaracağını bildirilmişdi.
Yeri gəlmişkən, əsas kimi onların statuslarına uyğun gəlməyən fəaliyyətləri göstərilirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB