Meksikanın paytaxtı Mexikoda avtobus yol kənarındakı ödəniş məntəqəsinin hasarına çırpılıb.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Meksika ştatındakı nümayəndəliyi tviterdə məlumat yayıb.
Qəza paytaxtı Paçuka şəhəri ilə birləşdirən avtomobil yolunda baş verib.
Hadisə nəticəsində azı 34 nəfər xəsarət alıb. Onlardan 12-nin vəziyyəti ağırdır. İlkin məlumata görə, qəzaya avtobusun əyləc sisteminin nasazlığı səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB