Sudanda qəbilələrarası toqquşmalarda 50 nəfər ölüb

Sudanda qəbilələrarası toqquşmalarda 50 nəfər ölüb

Sudanın Darfur regionunda qəbilələrarası toqquşma insan tələfatı ilə nəticələnib.

SİA APA-ya istinadən xəbər verir ki, ərəb əsilli və Afrika əsilli 2 tayda arasında qarşıdurma 50-dək insanın ölümü ilə nəticələnib.

Ölənlər arasında qadınlar və uşaqlar da var. Yerli idarəetmə orqanlarının məlumatına görə, 3 gün əvvəl bu qəbilələr arasında toqquşma 15 nəfərin ölümü ilə nəticələnmişdi. Xəstəxanadakı mənbələr 20-dən çox adamın yaralandığını bildirirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə