Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov özünün Telegram kanalında Amerika silahlarının Ukraynaya göndərilməsinə münasibət bildirib. SİA bu barədə “rambler”saytına istinad edir.
Deməli, onun sözlərinə görə, Şeçenistandan Ukraynaya qarşı vuruşmağa gedən çeçen döyüşçüləri ələ keçirdikləri silahlar arasında daha çox ABŞ istehsalı olan “PZRK Javelin” -i bəyəniblər.
“...Əziz qardaşım Timur Axmaev Çeçenistan Respublikasından olan digər döyüşçülərlə birlikdə Mariupolda Bandera və millətçi şər ruhları axtarmaq və məhv etməklə məşğuldur. Cənab Bayden isə bu işi onlar üçün xeyli asanlaşdırır”. Deməli, bunu Kadırov yazıb.
Onun sözlərinə görə, çeçenistanlı döyüşçülər ələ keçirdikləri silah kimi ikiqat effektivliyə malik “PZRK Javelin”-i xüsusilə bəyəniblər.
Ramzan Kadırov, təbii ki, istehza ilə, Baydendən bu sılahların tədarükünü artırmağı “tələb edib”.
Çeçenistan rəhbəri (?) onu da bildirib ki, bu silahların çatdırılması halında o, Amerika prezidenti Cozef Baydeni “Rusiya xüsusi əməliyyatına fəal yardıma görə” şəxsən təltif etməyə hazırdır.
...Doğrudan da, yuxarılara yalmanmaq üçün əla məqamdır. Yadınızda olar, Kadırov bir müddət bundan əvvəl Zelenskiyə “gizlənmək üçün” “siyasi sığınacaq” da təklif etmişdi.
...Necə deyərlər, “aşiqəm ay qabağı”... bunu isə elə belə deyirəm.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB