ABŞ hakimiyyəti Rusiya Federasiyası və Belarusa məxsus daha 120 təşkilatı sanksiya siyahısına əlavə etməyi planlaşdırır.
SİA TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin kommunikasiyalar üzrə direktoru Keyt Bedinqfild bu təşkilatların yüksək texnologiyalardan uzaqlaşdırılması üçün sanksiyalara məruz qalacağını bildirib.
Onun sözlərinə görə, bundan sonra sanksiya altında siyahıya salınan Rusiya və Belarus strukturlarının sayı 200-ü keçəcək.
“...Yaxın günlərdə Ticarət Departamenti Rusiyanın müdafiə, aerokosmik və dənizçilik sektorlarının vəziyyətini pisləşdirmək üçün əlavə tədbirlər də görəcək”. Deyim ki, bunu da ABŞ səlahiyyətlisi bildirib.
Beləliklə, sanksiyaya məruz qalan qurumlar artıq ABŞ-ın yüksək texnologiyasını lisenziyasız əldə edə bilməyəcək və bu, bütün hallarda olmasa da, əksər hallarda rədd ediləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB