“Əş-Şəbab Somalidə şəhəri ələ keçirib

“Əş-Şəbab Somalidə şəhəri ələ keçirib

"Əş-Şəbab” terror qruplaşmasının dəstələri Somalinin cənubundakı Bulo-Marer şəhərinə daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Goobjoog News” portalı məlumat yayıb.

Məlumata görə, hökumət bölmələri şəhərin mərkəzindən kənara çəkilib və Kambaridəki ordu bazasında cəmləşib.

Qeyd edək ki, Bulo-Marer Afrika İttifaqının Somalidəki Missiyasının Uqanda kontingentinə ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə