Kiyev hərbi administrasiyasının rəhbəri Nikolay Jirnov Kiyev ətrafındakı vəziyyətin yaxşılaşdığını, lakin buna baxmayaraq, paytaxtdan kənarında döyüşlərin hələ də davam etdiyini bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kiyevin Rəsmi Portalında məlumat verilir.
... Paytaxtda günün sakit keçdiyi qeyd edilir. Sabit müdafiə sayəsində şəhər ətrafında da vəziyyətin yaxşılaşdığı deyilir. Paytaxtın mülki infrastrukturu getdikcə vüsət alır. Müəssisələr, eləcə də ticarət və xidmət obyektləri bərpa olunur. Bununla belə, paytaxtdan kənarında döyüşlər hələ də davam edir.
Yeri gəlmişkən, hərbçilər kiyevliləri xüsusilə meşəlik ərazilərdə, çay və göllərin sahillərində, eləcə də yollarda diqqətli olmağa çağırır.
Hazırda azad edilmiş ərazilərdə Ukrayna hərbçiləri və Fövqəladə Hallar Dövlət Xidmətinin bölmələri əraziləri minalardan təmizləmə işləri aparırlar.
Bununla belə, kiyevlilərə edilən müraciətdə, onları hava hücumu siqnallarına biganə münasibət bəsləməməyə, hücum siqnalları eşidilərkən ən yaxın sığınacaqlara getmək məsləhət görülür.
Qeyd edək ki, bu gün Kiyevdəki bomba hücumundan müdafiə sığınacaqlarının əksəriyyəti Wi-Fi şəbəkəsinə qoşulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB