Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşuldu

Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşuldu

Gürcüstan Ukraynada keçirilən xüsusi hərbi əməliyyata görə Rusiya Federasiyasına qarşı tətbiq edilən bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə axşamı CNN telekanalının efirində respublika prezidenti Salome Zurabişvili bildirib.

“Biz Rusiya Federasiyasına qarşı bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik və bu, həqiqətən də bizim maliyyə sektorumuz üçün nə isə deməkdir. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrdə də iştirak edirik”, - deyə xanım Zurabişvili bildirib.

Qeyd edək ki, hələ fevralın 25-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili ölkəsinin Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bildirmişdi.

Daha sonra Respublika Milli Bankı Rusiyanın maliyyə təşkilatlarına qarşı tətbiq edilən sanksiyalara görə VTB Bankın Gürcüstan filialını fiziki şəxslərə, borc alanlara və depozitarlara xidmət hüququndan məhrum etmək barədə qərar qəbul etdiyini açıqladı. Bundan sonra pərakəndə kredit və depozit portfeli “Bazisbank”a, korporativ bank portfeli isə “Liberty Bank”a verilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə