İspaniya sularında 25 miqrant həlak olub

İspaniya sularında 25 miqrant həlak olub

Qeyd edək ki, bu İspaniya sularında miqrant ölümü birinci hal deyil. Gərək ki, bir neçə il bundan əvvəl İspaniyanın Melilya limanından 50 kilometr şimalda da xeyli miqrant həlak olmuşdu.

Əslində, etiraf edilməlidir ki, əksər Avropa ölkələri kimi, İspaniyada da miqrantları sevmirlər. Miqrantlar isə həyatları bahasına olsa da gəlməkdə davam edirlər.

Beləliklə, ötən günləedə standarta uyğun olmayan qayıqla İspaniyanın Kanar adalarına gəlməyə cəhd edən mirantların azı 25 nəfəri həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İspaniya polisi şahid ifadələri əsasında məlumat yayıb.

Məlumata görə, fevralın 19-da Mavritaniyadan çıxan qayıqda olanlardan 25 nəfər öldüyü üçün cəsədləri dənizə atılıb. 48 nəfər Kanar adalarına gəlib çatmağa nail olub. Onların arasında qadın və uşaqlar üstünlük təşkil edir.

Polis bildirib ki, qayıqdakıların ərzağı tükəndiyi üçün açından ölüblər. Qayığın sahibi olduğu iddia edilən 2 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə