BMT Türkiyeyə təşəkkür edib

BMT Ukraynada sülhün əldə edilməsi üçün göstərdiyi səylərə görə Türkiyeyə minnətdarlığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, BMT-nin sözçüsü Dujarrik bəyanatların və sözlərin hərəkətə çevriləcəyinə və silahların susdurulacağına ümid etdiklərini vurğulayıb.
BMT Baş katibinin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat brifinqində Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı danışıqları dəstəkləməyə davam etdiklərini və danışıqların uğurlu olacağına ümid etdiklərini bildirib.

Dujarrik "Bu çərçivədə göstərdiyi səylərə görə Türkiyeyə son dərəcə minnətdarıq" deyib.

Sözçü Dujarrik bəyanatların və sözlərin hərəkətə keçəcəyinə və silahların susdurulacağına ümid etdiyini bildirib.

BMT-nin məlumatına görə, fevralın 24-də Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra 4 milyon insan ölkəni tərk edib, 6,5 milyon insan isə məcburi köçkün vəziyyətinə düşüb.

13 milyon insanın isə münaqişənin ortasında qaldığı və heç yerə köçə bilmədiyi təxmin edilir.

UNİCEF-in məlumatına görə, müharibə səbəbindən 2 milyon uşaq qaçqın vəziyyətinə, 2,5 milyondan çox uşaq məcburi köçkün vəziyyətinə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə