Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı 123 nәfәrә çatıb

Bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb.
Nigeriyada Lassa qızdırmasından ölәnlәrin sayı 123 nәfәrә çatıb

Nigeriyada yanvar ayında Lassa qızdırmasından dünyasını dәyişәnlәrin sayı 123 nәfәrә çatıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barәdә ölkәnin Xәstәliklәrә Nәzarәt Mәrkәzi mәlumat yayıb. Mәlumata görә, yanvar-mart aylarında Lassa qızdırmasının ölkәnin 23 әyalәtındә qeydә alındığı bildirilib. Eyni dövrdә 123 adam ölüb, 659 nәfәr dә Lassa qızdırmasına yoluxub.

Qeyd edәk ki, Mali, Toqo, Qana, Liberiya, Sierra Leone kimi ölkәlәrdә yayılan Lassa qızdırması Nigeriyada ilk dәfә 1969-cu ildә ölkәnin Borno әyalәtindә qeydә alınmışdı.

Nigeriya hökumәti 2019-cu ilin 23 yanvar tarixindә Lassa qızdırması sәbәbindәn fövqәladә vәziyyәt elan etmişdi.

Qeyd edәk ki, Lassa qızdırması heyvandan insana keçir, xəstəlik ölümcül ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə