ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays cümə axşamı keçirilən növbəti brifinqdə Rusiya və Ukraynadakı Amerika vətəndaşlarını dərhal bu ölkələri tərk etməyə çağırıb.
SİA bu barədə “rambçler”saytına istinad edir.
“Biz ABŞ vətəndaşlarını səyahət zamanı və ya Birləşmiş Ştatlar hüdudlarından kənarda olarkən onların təhlükəsizliyinə təsir edə biləcək hadisələrdən xəbərdar etmək məsuliyyətimizi ciddi qəbul edirik. Biz bütün Amerika vətəndaşlarına Rusiya və Ukraynanı tərk etməyə çağırışımızı bir daha təkrar edirik”, - deyə Prays bəyan edib.
Amerikalı səlahiyyətli əlavə edib ki, Dövlət Departamentinin xaricdəki ABŞ vətəndaşlarına dair təlimatına müvafiq müddəalar əlavə edilib.
Qeyd edək ki, hələ martın əvvəlində Dövlət Departamenti artıq amerikalılara Rusiyanı dərhal tərk etməyi tövsiyə etmişdi.
“ABŞ səfirliyinin ABŞ vətəndaşlarına yardıma ciddi məhdudiyyətləri var və şərtlər, o cümlədən nəqliyyat variantları qəfil dəyişə bilər”. Deyim ki, Departament ən əsas kimi məhz bunu göstərir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB