"Münaqişə heç kimə fayda verməyəcək"

Çin: ‘‘Sanksiyaların sәrtlәşdirilmәsi inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərəcək’’
"Münaqişə heç kimə fayda verməyəcək"

Çin bildirib ki, Rusiyaya qarşı sanksiyaların sәrtlәşdirilmәsi inkişaf etməkdə olan ölkələrə mənfi təsir göstərəcək.

SİA-nın əldə etdiyi məlumata görə, Çinin BMT-dəki daimi nümayəndəsinin müavini Dai Binq Təhlükəsizlik Şurasındakı çıxışında Rusiyaya qarşı sanksiyaların sәrtlәşdirilmәsinin beynəlxalq ərzaq və enerji bazarlarına zərbə vuracağını bildirib.

Dai Binq sanksiyaların bir çox insanın həyatına da mәnfi təsir göstәrәcәyini və yeni humanitar problemlərə səbəb olacağını bildirib.

Sanksiyalar və iqtisadi blokadanın süni ərzaq qıtlığına və qiymət dalğalanmasına səbəb olacağını vurğulayan Dai Binq inkişaf etməkdə olan ölkələrə lazımsız yüklər yüklәnәcәyini deyib.

"İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti bu münaqişənin tərəfləri deyil. Bu ölkələr nə bu münaqişəyə cəlb edilməli, nə də geosiyasi münaqişələrin və böyük güc oyunlarının nəticələrini yaşamağa məcbur edilməməlidir",-deyә Çinin BMT-dәki daimi nümayәndәsinin müavini qeyd edib.

Münaqişənin heç kimə fayda vermədiyini dilə gətirən Dai Binq ABŞ, NATO və Avropa İttifaqına Rusiya ilə görüşməyi tövsiyə edib.

Xatırladaq ki, BMT Baş Assambleyası Ukraynadakı humanitar vəziyyətlə bağlı Rusiya əleyhinə qətnamə qəbul etmişdi.Çin bitәrәf qalmışdı.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə