BMT Sәudiyyәdən tәxliyә edilәn efiopiyalılarla bağlı çağırış edib

BMT Sәudiyyәdən tәxliyә edilәn efiopiyalılarla bağlı çağırış edib

Birləşmiş Millətlər Təşkilatı Səudiyyə Ərəbistanından təxliyə edilən Efiopiya vətəndaşlarına yardım edilmәsi ilә әlqәdar çağırış edib. SİA bu barədə Türkiyə mətbuatına istinad edir.

Birləşmiş Millətlər Təşkilatına tabe olan Beynəlxalq Miqrasiya Təşkilatından verilәn yazılı açıqlamada dünəndən etibarən Səudiyyə Ərəbistanından təxliyə olunmağa başlanan Efiopiya vətəndaşları üçün 11 milyon dollara ehtiyac olduğu bildirilib.

Açıqlamada təxliyyə ediləcək efiopiyalılar arasında qadın və uşaqların da olduğu vurğulanıb və beynəlxalq ictimaiyyətə yardımla әlaqәdar çağırış edilib.

Açıqlamada әrzaq, sığınacaq vә tibbi lәvazimata ehtiyac olduğu bildirilib.

Efiopiya Səudiyyə Ərəbistanına qanunsuz daxil olan və nәzarәt mәntәqәlәrindә saxlanılan 100 min vətəndaşını dünən təxliyə etməyə başlayıb.

Qeyd edәk ki, hər il minlərlə efiopiyalı işləmək üçün Cibuti vasitəsilə Yəmənə, oradan da Səudiyyə Ərəbistanına gedir.

Efiopiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Səudiyyə Ərəbistanında 750 mindən çox efiopiyalı yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə