Meksikanın şimal-şәrqindәki Tamaulipas әyalәtindә hәyata keçirilәn әmәliyyat zamanı hәrbçilәrә atәş açan beş nәfәr zәrәrsizlәşdirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Tamaulipas әyalәtinin Miquel Aleman qәsәbәsindә әmәliyyat keçirәn hәrbçilәr namәlum şәxslәrin hücumuna mәruz qalıblar.
Baş verәn qarşıdurma zamanı biri qadın olmaqla beş nәfәr öldürülüb, bir nәfәr dә yaralanıb.
Sәlahiyyәtlilәr hәrbçilәrin әmәliyyat zamanı hücuma mәruz qaldıqlarını açıqlayıb. İlk öncә hücumu dәf edәn hәrbçilәr daha sonra yaşanan qarşıdurma zamanı silahlıları zәrәrsizlәşdirib.
Mütəşəkkil cinayətkar təşkilatların mövcudluğu səbəbindən bir müddətdir bölgədə әmәliyyat hәyata keçirәn təhlükəsizlik qüvvələri belə hadisələrlə tez-tez üzlәşirlәr
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB