Әrdoğan jurnalistlәrә әhәmiyyәtli bәyanatlar verib

Әrdoğan jurnalistlәrә әhәmiyyәtli bәyanatlar verib

Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenskini bir araya gətirməklә bağlı hәdәflәrini hәr iki liderә dә söylәyәcәklәrini bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Türkiye prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində bildirib.

Rusiya ilə Ukrayna arasındakı böhranın həlli ilə bağlı Putin və Zelenski ilə görüşəcəyini vurğulayan Ərdoğan deyib: "Hər iki liderә onları bir araya gәtirmәk istәdiyimizi deyәcәyik. Biz dövlət başçıları səviyyəsində görüşə ev sahibliyi etməyə hazırıq’’.

Türkiye-İsrail münasibәtlәrinә toxunan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Ramazan ayından sonra (4 may) İsrailin baş naziri Naftali Bennett ilə görüşsək və dərhal addım atsaq, İsrail və Türkiyə arasındakı əməkdaşlığı, Şərqi Aralıq dənizi nefti və təbii qazı ilә bağlı proses sürәtlәnәcәk’’.

Prezident Rәcәb Tayyib Әrdoğan İsrail-Fələstin münaqişəsi ilə bağlı deyib:

"İsrail prezidenti İsaak Herzoqa ‘‘Müsəlmanlar Ramazan bayramında Әqsa mәscidini ziyarət edə bilsinlәr. Bu mövzuda lazımi dəstəyi verin’’ dedim".

Bütün xəbərlər Facebook səhifəmizdə