ABŞ NASA kosmonavtı Vande Hei və Roskosmos kosmonavtları Anton Şkaplerov və Pyotr Dubrovu daşıyan "Soyuz MS-19" kosmik gəmisi Yer kürəsinə enib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bir ABŞ astronavtı və iki rus kosmonavtını daşıyan "Soyuz MS-19" kosmik gəmisi Qazaxıstanın Cezkazqan şəhərinin cənubuna enib. Yerə qayıdan NASA astronavtı Hei Beynəlxalq Kosmik Stansiyada (BKS) 355 gün qalan ilk ABŞ astronavtı kimi tarixə düşüb.
Vande Hei Ukrayna müharibəsi səbəbindən ABŞ-Rusiya münasibətləri pisləşdiyi üçün Rusiya kosmik gəmisində uçan sonuncu amerikalı olacaq.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB