İtaliyada inflyasiya son 31 ilin ən yüksək həddinə çatıb

İtaliyada inflyasiya son 31 ilin ən yüksək həddinə çatıb

Mart ayında İtaliyada inflyasiya 6,7 faiz səviyyəsində olub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, bu, 1991-ci ilin iyulundan bəri qeydə alınan ən yüksək göstəricidir. Martda istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,2 faiz artıb.

İtaliyada inflyasiya göstəricisində ardıcıl doqquzuncu aydır artım dinamikası müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə