Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Ukrayna Rusiyanın hәrbi itkilәrinin yeni sayını açıqlayıb

Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin yeni sayı məlum olub.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, indiyədək Rusiyanın 17 500 hərbçisi öldürülüb.

Bundan başqa, Rusiyanın 135 təyyarə, 131 helikopter, 614 tank, 1 735 zirehli döyüş maşını, 311 artilleriya qurğusu, 54 hava hücumundan müdafiə sistemi, 96 reaktiv yaylım atəş sistemi, 1201 avtomobil texnikası, 7 gәmisi, 75 yanacaq çәni vә 83 pilotsuz uçuş aparatı məhv edilib.

Qeyd edәk ki, Rusiya fevralın 24-dә Ukrayna әrazisindә hәrbi әmәliyyata başlamışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə