Ötən gün İstanbulda keçirilən sülh danışıqlarından sonra Rusiya jest olaraq Ukraynanın paytaxtı Kiyev və Çerniqovda əməliyyatlarını azaldacağını açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, dünən Kiyev də daxil olmaqla 4 şəhərə bombalar düşüb. ABŞ dövlət katibi Blinken Rusiyanın danışıqlardan “diqqəti yayındırmaq” üçün istifadə etdiyini iddia edib. Ukrayna prezidenti Volodimir Zelenskinin müşaviri İqor Jovkva deyib ki, irəliləyiş əldə olunub. Rusiya ilk dəfə olaraq ultimatum vermək əvəzinə Ukraynanı dinləyib.
Kremlin sözçüsü Dmitri Peskov danışıqlarda Ukraynadan "sıçrayış işarəsi" görmədiyini bildirib. Rusiya xoşməramlılıq əlaməti olaraq Kiyev və Çerniqovda əməliyyatları azaldacağını açıqlayıb.
Müəllif: Abutel İlhamqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB