Kiyevdə havanın çirklənmə səviyyəsi normadan 5 dəfə artıqdır

Kiyevdə havanın çirklənmə səviyyəsi normadan 5 dəfə artıqdır

Ukraynanın paytaxtı Kiyevdə havadakı çirkləndirici maddələrin səviyyəsi normadan təxminən beş dəfə çoxdur. Şəhərin bəzi ərazilərində havadan yanıq qoxusu gəlir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının Ekologiya və Təbii Sərvətlər İdarəsi feysbuk səhifəsində məlumat yayıb.

Bildirilir ki, Kiyevdə havanın çirklilik səviyyəsi tənəffüs sistemində problem olan insanlar üçün təhlükəli ola bilər. Bu səbəbdən pəncərələri açmaq və ya açıq havada çox vaxt keçirmək tövsiyə edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə