Rusiya ordusundakı itkilərin sayı bilərəkdən çoxaldılır

Rusiya ordusundakı itkilərin sayı bilərəkdən çoxaldılır

“...ABŞ Dövlət Departamenti Ukraynada Rusiya ordusunun itkilərinin sayını qəsdən şişirdir və bununla da Rusiyada ictimai narazılıq yaratmağa cəhd edir”.

SİA rusların “Rambler” saytına istinadən xəbər verir ki, bunu Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov bildirib.

Qeyd edək ki, onun bəyanatı Rusiya diplomatik missiyasının Telegram kanalında da yerləşdirilib.

O, Ukrayna ətrafında baş verənlərlə bağlı etibarlı məlumat almaq üçün Rusiya Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyquya müraciət etməyi məsləhət görüb.

Bununla belə, Antonov ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Rusiyanın hərbi əməliyyatlar zamanı guya 10 mindən çox hərbçi itirməsi ilə bağlı bəyanatını belə şərh edib.

“Dövlət Departamentinin nümayəndəsi Rusiya silahlı qüvvələrinin Ukraynadakı itkilərinin sayını bilərəkdən şişirdir. Bu cür bəyanatların arxasında rüsvay bir hesablama dayanır - ölkəmizdə ictimai narazılıq yaratmaq. Amma bu işləməyəcək”-deyə rusiyalı səfir bildirib.

Səfir qeyd edib ki, Rusiya rəhbərliyinin Ukraynada xüsusi hərbi əməliyyat keçirmək qərarı ruslar tərəfindən geniş dəstək alır.

"Vətəndaşlar başa düşürlər ki, söhbət Rusiya Federasiyasının milli maraqlarını qorumaqdan gedir", - deyə diplomat bildirib.

Qeyd edək ki, martın 25-də Rusiya Federasiyasının Müdafiə Nazirliyi xüsusi əməliyyatlar zamanı 1,3 mindən çox rus əsgərinin öldürüldüyünü, 3,8 mindən çoxunun isə yaralandığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə