Belarusdan atan ruslardır...

Rus işğalçıları Belarusun Brest hava limanından Ukrayna şəhərlərini atəşə tuturlar.

SİA xəbər verir ki, bu barədə milli telemarafonun efirində Ukrayna Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Vadim Denisenko məlumat verib.

Denisenko, əmindir, atəş açanlar belaruslar deyil: “Belarusdan hücum faktiki olaraq davam edir, lakin Belarus ordusu tərəfindən deyil. Ruslar indi də ərazilərimizi atəşə tutmaq üçün Brest hava limanından istifadə etməyə başlayıblar”.

Rusiya Ukraynaya hücuma başlayandan Lukaşenko Belarus ərazisini işğalçıların tam istifadəsinə verib. Hazırda məhz Belarus poliqonlarından Ukrayna şəhərlərindəki mülki və hərbi obyektlərə kütləvi raket atışları həyata keçirilir.

Lukaşenko özü dəfələrlə Belarus qoşunlarının Ukraynada döyüşüb-döyüşməyəcəyi ilə bağlı birbaşa cavabdan yayınsa da, artıq Avropa İttifaqı Belarusu Rusiyanın Ukraynaya təcavüzünün ortağı kimi tanıyıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə