Böyük Britaniya Hindistanı Rusiyanın “əlindən alır”?

Böyük Britaniya Hindistanı Rusiyanın “əlindən alır”?

Rusiyanın “İzvestiya” nəşri Böyük Britaniyanın xarici işlər naziri Liz Trassın bu gün hindistanlı həmkarı Subramanyam Djayşankar ilə görüşəcəyi barədə xəbər yayıb. Nəşrin yazdığına görə, tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər.

“İzvestiya” görüş zamanı Nyu-Dehlinin Rusiyadan asılılığının azaldılması məsələsi müzakirə olunacağına da əminlik bildirib. SİA bu barədə “rambler”saytına istinad edir.

“Səfər zamanı Truss innovativ təhlükəsizlik texnologiyaları daxil olmaqla, müdafiə ilə bağlı ticarətin inkişafı, dünyanın ən böyük demokratiyası ilə müdafiə əlaqələrinin gücləndirilməsi üçün danışıqları irəli sürəcək”.

Bu da rus nəşrinin görüşlə bağlı ehtimallarıdır.

Bundan əlavə, Trass yeni “birgə kibertəhlükəsizlik proqramı” elan edəcək. Bu, hər iki ölkədə onlayn infrastrukturun hücumlardan qorunmasına yönəldiləcək.

Nəşrin başqa ehtimalına görə, Böyük Britaniya və Hindistan Hind-Sakit okean regionunda sıx dəniz əməkdaşlığını da müzakirə edəcəklər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə