DB Əfqanıstanda 600 milyon dollarlıq layihələri dondurub

DB Əfqanıstanda 600 milyon dollarlıq layihələri dondurub

Dünya Bankı (DB) Əfqanıstanda 600 milyon dollarlıq layihələri dayandırıb.

Bu barədə bankın mətbuat xidməti məlumat yayıb.

“Bank Əfqanıstanda dəyəri 600 milyon dollar olan dörd layihəni dayandırır. Söhbət təhsil, səhiyyə və kənd təsərrüfatı ilə bağlı layihələrdən gedir”, – açıqlamada bildirilir.

Bankın reaksiyası müvəqqəti “Taliban” hökumətinin qızların orta məktəblərdə və liseylərdə təhsil almasını məhdudlaşdırmaq qərarına cavab olub.

Bütün xəbərlər Facebook səhifəmizdə