Yaponiya hökuməti parlamentin cari iclasında Rusiyadan müəyyən növ məhsul və xammalın idxalına rüsumların artırılması məqsədilə tarif tədbirləri haqqında qanunvericiliyə dəyişiklik etmək niyyətindədir.
SİA-nın məlumatına görə, “TASS” bu barədə “NHK” telekanalına istinadən xəbər verir.
Telekanalın etirafına görə, bunlar Ukrayna ətrafında yaranmış vəziyyətlə əlaqədar Rusiyanı ticarətdə ən əlverişli ölkə statusundan məhrum etməyə hesablanıb.
Beləliklə, Yaponiya hökuməti odun üçün idxal rüsumunu 4,8 faizdən 8 faizə, qızılbalıq və kürü 3,5 faizdən 5 faizə, xərçəngkimilər 4 faizdən 6 faizə yüksələcək.
Qeyd edək ki, Yaponiya hökuməti vergi dərəcələrinin artırılmasını 2023-cü ilin mart ayına qədər həyata keçirməyi planlaşdırır.
Bundan əvvəl Yaponiyanın maliyyə naziri Şuniçi Suzuki bildirmişdi ki, Yaponiya bu cür tədbirləri tənzimləyən qanunvericiliyin olmaması səbəbindən Rusiya Mərkəzi Bankının Yaponiya Bankında saxlanılan valyuta ehtiyatlarını rekvizisiya edə bilməz. Yaponiya Bankının əlində 33 milyard dollar var ki, bu da təxminən 4 trilyon Yapon yeninə bərabərdir. Bu isə, Rusiyanın ümumi qızıl-valyuta ehtiyatlarının təxminən 6 faizini təşkil edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB