Kuleba "Ritter Sport" şirkətini boykot etməyə çağırır

Kuleba "Ritter Sport" şirkətini boykot etməyə çağırır

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba hələ də Rusiya bazarında qalan, deyilənə görə, Rusiyadan getməyə

tərəddüd edən “Ritter Sport”u boykot etməyə çağırıb.

SİA bu barədə “UNİAN”saytına istinad edir.

Beləliklə, nazir bu barədə “Twitter” səhifəsində məlumat yayıb. Onun sözlərinə görə, “Ritter Sport” şirkət üçün mümkün “ciddi nəticələri” əsas gətirərək Rusiyadan çıxmaqdan imtina edir.

“...Lakin unudur ki, Rusiyada qalmaq daha pis nəticələrə gətirib çıxarır, məsələn, şirkətin reputasiyayasına ölümcül zərbə vurur. “Ritter Sport” müharibə cinayətlərinə sponsorluq etməyi dayandırın. Brend adınızı və qazancınızı qoruyun”, -deyən Kuleba şirkəti boykot etməyə çağırıb.

Qeyd edək ki, bu gün demək olar ki, 240 şirkət Rusiya bazarını tərk edib. Doğrudur, bu şirkətlərin bəziləri hələ də işləməyə davam edirlər. Məsələn martın 21-nə Ukrayna Xarici İşlər Nazirliyi Rusiya Federasiyasında tam və ya qismən fəaliyyət göstərən 50 tanınmış şirkətin mövcudluğunu müəyyən edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə