Amerika indeks provayderi “S&P Dow Jones Indices” Rusiya və Belarus istiqrazlarını 11 indeksdən çıxarmaq qərarını açıqlayıb.
SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“S&P Dow Jones Indices” Rusiya istiqrazlarının mümkün xaric edilməsi ilə bağlı bazar iştirakçıları ilə məsləhətləşib və nəticələri 15 mart 2022-ci ildə elan edərək, risk ölkəsi Rusiya və ya Belarus olan emitentlərin bütün istiqrazlarının təsirə məruz qalan indekslərdən çıxarılacağını göstərir”.
Qeyd edək ki, bundan əvvəl Rusiya Maliyyə Nazirliyi aprelin 4-də ödəmə müddəti başa çatan avrobondların rubla vaxtından əvvəl geri qaytarıldığını elan edib. Maliyyə Nazirliyi əlavə edib ki, geri qaytarılan istiqraz sahibləri martın 29-dan 30-dək istiqrazların Maliyyə Nazirliyinin Xəzinədarlığın Milli Hesablaşma Depozitarındakı hesabına köçürülməsi üçün Milli Hesablaşmalar Depozitarına göstərişlər göndərə bilərlər.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB